26 may 2018-ci il tarixində bir sıra xarici ölkələrin Fransa Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri və UNESCO yanında daimi nümayəndələri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
26 may 2018-ci il tarixində bir sıra xarici ölkələrin Fransa Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri və UNESCO yanında daimi nümayəndələri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Səyyar ASAN xidmət 1 – 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 8 may – 6 iyun Xırdalan şəhərində, 10 may – 9 iyun İmişli rayonunda, 18 – 29 may Samux şəhərində, 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində, 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 30 may – 13 iyun Mərdəkan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
25 may 2018-ci il tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis etdiyi Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) arasında görüş keçirilib. Strateji əməkdaşlıq məqsədilə keçirilən görüşdə AZINNEX barədə AZPROMO rəhbərliyinə ətraflı məlumat verilib, Azərbaycanın ən aparıcı İKT şi...
21-25 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Cənubi Koreya Respublikasının Seul şəhərində "Elektron Hökumət sahəsində Siyasi İdarəetmə" mövzusu üzrə təşkil olunmuş proqramda iştirak edib. Proqramda iştirak üçün Cənubi Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Anlaşma...
28 may – Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
21 may 2018-ci il tarixində Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
18 may 2018-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib.
Bu gündən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilkin olaraq elan edildiyi kimi Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcəkdir.
20 may 2018-ci il tarixində “Səda” tədris teatrında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası İlyas Əfəndiyevin "Dəlilər və Ağıllılar" əsərini səhnələşdirib.