21 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Təhlükəsiz və Dayanıqlı Şəhər və İcmaların Qurulması üzrə Regionlararası Dialoq: Sürətlə Şəhərləşən Qlobal Cənub üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq çərçivəsində İnnovativ Tərəfdaşlıqlar və Həllər” adlı tədbir təşkil olunub.
20 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı Şəhərlər: Potensialın Artırılması Vasitəsilə Şəhər Dayanıqlılığının Yaradılması” adlı tədbir baş tutub. Tədbir BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub.
Tacikistan Respublikasının Prezidenti yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin direktor müavini “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Efiopiyanın paytaxtı Əddis-Əbəbənin meri Adaneç Abebinin rəhbərlik etdiyi 18 şəhərin merləri və onların müavinlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mavriki Respublikasının Prezidenti Daramber Qoxul “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
18 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Suriyanın ictimai işlər və mənzil inşaatı naziri , Dəməşq şəhərinin qubernatoru və Ruandanın paytaxtı Kiqali şəhərinin meri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
18 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyinin və BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin rəhbərləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib.