Please ensure Javascript is enabled for purposes of website accessibility
Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 4 iyun – 3 iyul Qaxda, 19 iyun – 3 iyul Daşkəsən və Tərtərdə, 19 iyun – 7 iyul Lerikdə, 25 iyun – 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəranda, 2 – 31 iyul Şəki və Qusarda, 4 – 18 iyul Pirallahıda, 6 – 30 iyul Şamaxıda, 7 – 31 iyul Gədəbəy və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“Milli Ön” terminalları “ASAN Ödəniş”də! Ətraflı

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində “Milli Ön” terminallarının “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini “Milli Ön” ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.