Please ensure Javascript is enabled for purposes of website accessibility
“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub Ətraflı

Türkiyə Respublikasının İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Səyyar ASAN xidmət İsmayıllıda Ətraflı

Səyyar ASAN xidmət avtobusu oktyabr ayının 1-dən İsmayıllı şəhəri Heydər Əliyev prospekti 55 ünvanında vətəndaşlara xidmət göstərir.

AQEM-in iştirakçıları "ASAN xidmət"də Ətraflı

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərini təmsil edən tədqiqatçılar və gənc siyasət mütəxəssisləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

“ASAN xidmət”in Xorvatiyada tətbiqi müzakirə olunub Ətraflı

Xorvatiyanın Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. Nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə Şanlıurfa şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar Ətraflı

1-29 oktyabr tarixində Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, 1-7 oktyabr tarixində Cəbrayılda, 1-14 oktyabr tarixində Samuxda və Lerikdə, 12-29 oktyabr tarixində Füzulidə, 16-29 oktyabr tarixində Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir Ətraflı

Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində “İdarəetmədə innovasiya forumu: dayanıqlı və gələcəyə hazır Karib hövzəsi üçün insanların iştirakına əsaslanan və inklüziv dövlət idarəçiliyi” adlı beynəlxalq tədbir keçirilib.