2 may 2017-ci il tarixində Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Yanne Holst Hübner və baş katibi Han Moraal 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
2 may 2017-ci il tarixində Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Yanne Holst Hübner və baş katibi Han Moraal 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
1 may 2017-ci il tarixində Əfqanıstan İslam Respublikasının Prezidentinin informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə baş müşaviri Rafiodin Məlikzayın rəhbərlik etdiyi nümayəndə heyəti 5 və 3 saylı “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olub.
Səyyar ASAN xidmət 1 – 30 may Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində , 3 – 22 may Abşeron rayonunun Məhəmmədi kəndində, səyyar ASAN qatar isə 3 – 17 may Ağdaş rayonunun Ləki qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
27 aprel 2017-ci il tarixində Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatorunun məsləhətçisi Opanışeva Svetlana 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
26 aprel 2017-ci il tarixində Özbəkistan Respublikasının Baş nazirinin müavini və Qadın Məsələləri Komitəsinin sədri Tanzila Narbayeva 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
25 aprel 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 1 saylı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı İlyas Əfəndiyevin "Qəribə oğlan" pyesini səhnələşdiriblər.
Səyyar ASAN xidmət 24 aprel – 3 may tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində, 26 aprel – 15 may tarixində isə Beyləqan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
1 mart 2016 – 31 mart 2017-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ASAN xidmətin kadr potensialının inkişaf etdirilməsi” layihəsi həyata keçirilib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb.
1 saylı “ASAN Kommunal” mərkəzində fiziki və hüquqi şəxslərə Asan İmza SİM kartı üzrə sertifikatın verilməsinə başlanılıb.