1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb.
1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb.
Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır.
Səyyar ASAN xidmət 17 – 31 iyul tarixində Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start verilib.
Səyyar ASAN xidmət 13 – 27 iyul tarixində Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
11 iyul 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində ASAN könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
12 iyul 2017-ci il tarixindən etibarən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.
10 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
8 iyul 2017-ci il tarixində 3 saylı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Əhməd Orucoğlunun "İlham pərisi" əsəri əsasında eyniadlı tamaşanı səhnələşdirib.