Ünvan
- 1. Ünvan Azərbaycan Respublikası, Ələt-Astara (köhnə) avtomobil yolunun 55-ci kilometri salyan@asan.gov.az 108 Çağrı Mərkəzi
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və arxiv arayışlarının verilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Salyan, Sabirabad və Şirvan rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti üzrə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Neftçala və Salyan rayonlarına, əmək pensiyalarının təyin edilməsi xidməti üzrə Salyan, Neftçala və Biləsuvar rayonlarına, arxiv arayışlarının verilməsi xidmətləri üzrə isə Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarına xidmət göstərilir.
Xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.