Rəhbərlik
- 1. Direktor Ziyaddinov Fədai Nazim oğlu f.ziyeddinov@asan.gov.az
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və arxiv arayışlarının verilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Qeyd: Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı və daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidmətləri üzrə yalnız Qəbələ, Oğuz və İsmayıllı rayonlarına, əmək pensiyalarının təyin edilməsi, həmçinin arxiv arayışlarının verilməsi xidmətləri üzrə isə Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Ağsu, Şamaxı, Qobustan, Balakən, Zaqatala, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarına xidmət göstərilir.
Xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.