Bu Məxfilik Siyasəti https://asan.gov.az/ portalı (bundan sonra – Portal) vasitəsilə istifadəçilərin məlumatlarının hansı üsul və qaydada toplanması, emal edilməsi, saxlanması, paylaşılması və qorunması prinsiplərini müəyyən edir. Portal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunur.
Portalda şəxsi məlumatların toplanması, saxlanması və istifadəsi Azərbaycan Respublikası qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.
Portaldan istifadə etməklə, istifadəçilər bu Məxfilik Siyasəti ilə razı olduqlarını təsdiqləmiş olurlar.
Aşağıda qeyd olunanlarla məhdudlaşmamaqla, məlumatlar aşağıdakı üsul və texnoloji vasitələrdən istifadə edilməklə toplanıla bilər:
Analitik teqlər: İstifadəçilərin davranışını, portaldan istifadə tezliyini və funksionallıqlara marağı qiymətləndirmək məqsədilə analitik alətlər (məsələn, Google Analytics, Matomo və s.) istifadə edilə bilər. Bu vasitələr istifadəçinin sessiya müddəti, istifadə etdiyi səhifələr, klik sayları və brauzer növü kimi məlumatların toplanmasına imkan verir.
Server qeydləri (server logs): Portala edilən müraciətlər server qeydləri vasitəsilə avtomatik olaraq qeydə alınır. Bu qeydlərə IP ünvanı, müraciətin tarixi və vaxtı, istifadə olunan brauzer növü, istifadəçi agent məlumatı və səhifəyə giriş metodu daxildir. Həmin qeydlər təhlükəsizlik, inzibati və audit məqsədləri üçün istifadə oluna bilər.
Elektron formalar və sorğular: İstifadəçilərin müraciətləri, əlaqə məlumatları və digər vasitələrlə könüllü şəkildə təqdim etdikləri fərdi məlumatlar (məsələn, ad, soyad, əlaqə vasitələri və müraciət məzmunu) bu üsulla toplanır və ya Digital login kimi sistemlərdən əldə edilir.
Cihaza dair texniki məlumatlar: Portala daxil olunan cihazın növü, modeli, əməliyyat sistemi, ekran ölçüsü, brauzer növü və versiyası, həmçinin texniki baxımdan zəruri olan digər məlumatlar texniki səbəblərlə qeydə alına bilər.
Məlumatlar heç bir halda kommersiya məqsədilə üçüncü şəxslərə satılmır və icazəsiz paylaşılmır.
Kukilər Portalın funksionallığını və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə istifadə olunur. Kukilər istifadəçinin dili, kontrast ayarları və giriş məlumatları kimi seçimlərini yadda saxlayır və istifadə statistikası və texniki funksionallığın optimallaşdırılması üçün istifadə olunur. İstifadəçi öz brauzerində kukilərin istifadəsini məhdudlaşdıra və ya tamamilə deaktiv edə bilər.
Məlumatlar yalnız hüquqi əsaslar mövcud olduqda və məqsədəuyğunluq müddəti ərzində saxlanılır. Saxlama müddəti bitdikdə və ya istifadəçinin tələbi ilə (mümkün olduqda) məlumatlar silinir və ya anonimləşdirilir.
Agentlik toplanan məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə texniki və təşkilati tədbirlər həyata keçirir:
Portalda digər vebsaytlara, onlayn xidmətlərə və mobil tətbiqlərə keçidlər ola bilər. Bu zaman üçüncü tərəflərə təqdim etdiyiniz məlumatların təhlükəsizliyi və məxfiliyi barədə zəmanət verə bilmirik. İstifadəçilər tərəfindən üçüncü tərəf vebsaytlara verilmiş şəxsi məlumatlar bu məxfilik siyasətinə daxil edilmir.
İstifadəçi Portal vasitəsilə üçüncü şəxslərə aid məlumat təqdim edirsə, bu məlumatın düzgünlüyünə və həmin şəxsdən razılığın alınmasına görə məsuliyyət daşıyır.
Bu siyasət zaman-zaman yenilənə bilər. Dəyişikliklər Portalda elan edilir və istifadəçilər son yenilənmə tarixini yoxlamağa təşviq olunur. Əgər əsaslı dəyişikliklər edilərsə, istifadəçilərə əlavə xəbərdarlıq göndərilə bilər.