Rəhbərlik
- 1. Direktor Cəfərov Elxan Müsafir oğlu e.m.cafarov@asan.gov.az
- 2. Direktor müavini Əliyev Elşən Eynulla oğlu e.e.eliyev@asan.gov.az
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və arxiv arayışlarının verilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Xocalı və Şəki rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, həmçinin əmək pensiyalarının təyin edilməsi xidmətləri üzrə Mingəçevir, Ağdaş və Yevlax rayonlarına və arxiv arayışlarının verilməsi xidməti üzrə isə yalnız Mingəçevir şəhərinə xidmət göstərilir.
Xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.