ASAN KOMMUNAL İLƏ BAĞLI QEYDLƏR

1 və 2 saylı “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə günü isə saat 09:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Həftənin bazar günü Mərkəzlərdə qeyri-iş günüdür.

Xidmətlərlə bağlı sənədlərin qəbulu həftənin beş günü saat 09:00-dan 18:30-dək, şənbə günü 09:00-dan 16:30-dək fasiləsiz həyata keçirilir.

2 saylı ASAN Kommunal mərkəzində notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dək, şənbə günü 09:00-dan 16:30-dək (Fasilə: 14:00-dan 15:00-dək) həyata keçirilir. Qeyd: Alqı-satqı, bağışlanma və vərəsəlik üzrə xidmət göstərilmir.

“ASAN Kommunal” mərkəzlərində göstərilən ximətlərlə bağlı ödənişlərin qəbulu mərkəz daxilində fəaliyyət göstərən bank xidməti vasitəsilə həyata keçirilir və bununla bağlı tutulan haqq 0,40 AZN təşkil edir.