Please ensure Javascript is enabled for purposes of website accessibility
“ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin hesabatlarının tərtib edilməsi xidmətinə başlanılıb Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Səyyar ASAN xidmət yeni məntəqələrdə Ətraflı

Səyyar ASAN xidmət 5-17 mart tarixində Oğuzda, 5-19 mart tarixində Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN kadr” karyera mərkəzinin 1-ci Karyera Sərgisinin açılışı oldu Ətraflı

1 mart 2018-ci il tarixində Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 1-ci Karyera Sərgisinin açılışı baş tutub. ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-ın birgə təşkilatçılığı ilə həyata keçirilən sərgiyə BANM-ın rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da...

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Cənubi Afrika Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib Ətraflı

Azərbaycanın sosial və İT innovasiyalar sahəsində təcrübəsinin Cənubi Afrika Respublikasına (CAR) ixracı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində CAR-ın Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.