“ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində tədbirlərin təşkil olunması ilə bağlı “Tədbirlər planı” hazırlanıb və bu ilin iyun ayından icrasına başlanılıb. Bu tədbirlər ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıq...
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinə başlanılıb.
Səyyar ASAN xidmət 3 – 22 sentyabr Neftçalada, 3 – 17 sentyabr Ələt, Şəmkir, Ceyranbatanda, 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
30 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin Koordinatoru Teoman Tiryaki arasında görüş keçirilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.
Səyyar ASAN xidmət 1 – 30 avqust Astarada, 3 – 22 sentyabr Neftçalada, 3 – 17 sentyabr Ələt, Şəmkir, Ceyranbatanda, 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
20 avqust 2018-ci il tarixində Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Heydər Əliyev mərkəzləri və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə sosial layihəyə start veriblər.