Please ensure Javascript is enabled for purposes of website accessibility

9 fevral “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri - iş günü olacaq.

Müvafiq tarixdə mərkəzlərdə yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.

"ASAN Kommunal" mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 16 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

A- A A+

Digər press-relizlər