8-10 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.
Cibuti Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Baş katibi səfir Məhəmməd Əli Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
2 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Liviya Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.
1-26 sentyabr tarixində Qazaxda, Şirvanda, Zaqatalada, Xaçmazda, Cəlilabadda və Ağdaşda, 1-15 sentyabr tarixində Xızıda, 18-26 sentyabr tarixində Xırdalanda, 1-18 sentyabr tarixində Horadizdə, 22-26 sentyabr tarixində isə Cəbrayılda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
29 iyul 2025-ci il tarixində ölkəmizdə səfərdə olan Türkiyə Jurnalistlər Cəmiyyətinin nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Vyetnamdan olan nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, xidmət növləri həmçinin gələcək planlara dair geniş məlumat verilib.