Səyyar ASAN xidmət avtobusu Qusarda Heydər Əliyev prospekti 119 B ünvanında vətəndaşlara xidmət göstərir. Qusarda ümumilikdə 26 dəfə Səyyar ASAN xidmət gerçəkləşib və 56 mindən çox vətəndaş müraciəti daxil olub.
Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.
1- 28 aprel tarixində Qazaxda, Qusarda, Ucarda, Qaxda və Xırdalanda, 1-13 aprel tarixində Saatlıda və Yardımlıda, 1-20 aprel tarixində Füzulidə, 16-28 aprel tarixində Neftçalada və Lerikdə, 23-28 aprel tarixində isə Cəbrayılda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "ASAN xidmət" əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Ramazan və Novruz bayramları ilə əlaqədar 20-29 mart tarixində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Dövlət xidmətlərinin göstərilməsi və insan hüquqları: insan hüquqları və dayanıqlı inkişaf üçün davamlı və inklüziv dövlət xidmətlərinin göstərilməsinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil olunub.
Efiopiya Federativ Demokratik Respublikasında “ASAN xidmət” modeli əsasında yaradılmış növbəti “MESOB” dövlət xidməti mərkəzlərinin açılışı olub.
16-17 mart 2026-cı il tarixində Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu keçirilib.