Bakıda “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika gününə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Gəncə- Daşkəsən iqtisadi rayonunu əhatə edən “StartupFest Gəncə” proqramının final tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu həyata keçirilib.
Almaniya Federativ Respublikasının Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondunun rəhbəri Sandra Fur “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
10 may 2023-cü il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Fərrux Məhərrəmli ilə növbəti görüşü baş tutub.