2 fevral 2018-ci il tarixində Smart Africa şirkətinin icraçı direktoru Hamadoun Toure “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
2 fevral 2018-ci il tarixində Smart Africa şirkətinin icraçı direktoru Hamadoun Toure “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
2 fevral 2018-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibəti ilə keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi baş tutub. Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Səyyar ASAN xidmət 1 fevral – 2 mart tarixində Xırdalan, Xaçmaz, İmişli, İsmayıllı, Goranboy, Göyçay, Şirvan və Lənkəranda, 1 – 15 fevral tarixində Suraxanı rayonunun Hövsan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
31 yanvar 2018-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının Ədliyyə Nazirliyinin nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
31 yanvar 2018-ci il tarixində Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru Yannita Robbersenin rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.
“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilib.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq.
16 - 17 yanvar 2018-ci il tarixində Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olub.
Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.