1 mart 2018-ci il tarixində Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 1-ci Karyera Sərgisinin açılışı baş tutub. ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və BANM-ın birgə təşkilatçılığı ilə həyata keçirilən sərgiyə BANM-ın rektoru Elmar Qasımov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da...
Azərbaycanın sosial və İT innovasiyalar sahəsində təcrübəsinin Cənubi Afrika Respublikasına (CAR) ixracı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində CAR-ın Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
28 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.
22 fevral 2018-ci il tarixində Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
16 fevral 2018-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN xidmət” və “ABAD”a dəstək layihəsinin nəticələrinin təqdimatı ilə bağlı tədbir keçirilib.
13 fevral 2018-ci il tarixində BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB ölkələri üzrə Regional direktorunun müavini Rastislav Vrbenski “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti VI “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə BƏƏ-nin Dubay şəhərinə səfər edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ƏməkMünasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
6 fevral 2018-ci il tarixində Dövlət Musiqili Teatrında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası Tamara Vəliyevanın müəllifi olduğu “Bankir Adaxlı” əsərini səhnələşdirib.