Please ensure Javascript is enabled for purposes of website accessibility
Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 27 noyabr – 26 dekabr Astarada, 30 noyabr – 29 dekabr Salyan və Yevlaxda, 3 - 27 dekabr Zaqatalada, 7 – 26 dekabr Pirallahıda, 8 - 27 dekabr Naftalanda, 10 – 29 dekabr Şabranda, 14 - 28 dekabr Xırdalan, Qobustan və Şirvanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu! Ətraflı

“ASAN Könüllülük” Məktəbinin məzunu olan Elmira Rəhimli 1000-ci ASAN Kadr olub. Belə ki, o, ASAN Kadr vasitəsi ilə ölkənin aparıcı banklarından biri olan Bank Respublikada kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunub.

Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Ətraflı

11 dekabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 12 noyabr – 11 dekabr Xırdalan və Şamaxıda, 26 noyabr – 10 dekabr Ləki qəsəbəsində, 27 noyabr – 26 dekabr Astarada, 30 noyabr – 29 dekabr Salyan və Yevlaxda, 3 - 27 dekabr Zaqatalada, 7 – 26 dekabr Pirallahıda, 8 - 27 dekabr Naftalanda, 10 – 29 dekabr Şabranda, 14 -28 dekabr Xırdalan, Qobustan və Şirvanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib Ətraflı

10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr olunmuş “Uşaq hüquqları uşaqların gözündə” adlı tədbir keçirilib.

“ASAN xidmət”dən yeni il üçün fərqli aksiya Ətraflı

“ASAN xidmət” “Daha yaşıl illər üçün” adlı aksiyaya başlayıb. Belə ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşların bəzəməsi üçün fərqli şam ağacları quraşdırılıb. Xidmət aldıqdan sonra vətəndaşlar öz növbə biletlərini şam ağaclarının budaqlarına asacaqlar və aksiya iştirakçıları yaşıl gələcək üçün çağırış etmiş olacaqlar. Asılmış bütün kağızlar sonda təkrar emala qaytarılacaq.

Səyyar ASAN Kommunal Bilgəhdə Ətraflı

8 - 29 dekabr 2018-ci il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bilgəh qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.