14-17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib. Səfər Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Dövlət Xidmətləri Agentliyinin dəvəti ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
14 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin sədri Ülvi Mehdiyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 2 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
23 dekabr 2018-ci il tarixində“ASAN xidmət” və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN radionun media dəstəyi ilə İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət xidmətləri sahəsində brendə çevrilib. Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib edib.
17 - 29 dekabr 2018-ci il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Masazır qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.