Please ensure Javascript is enabled for purposes of website accessibility

108 Çağrı Mərkəzində texniki təkmilləşdirmə işləri aparılır

26 may tarixində görülən texniki təkmilləşdirmə işləri ilə əlaqədar 108 Çağrı Mərkəzi vasitəsi ilə müraciətlərin cavablandırılmasında fasilələr yaranır.

27 may tarixindən etibarən isə müraciətlərin cavablandırılması tam şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, 108 Çağrı Mərkəzi vasitəsi ilə şəxslərə “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzləri, “ASAN ödəniş” sistemi və Səyyar ASAN xidmət barədə məlumatın verilməsi, şikayət və təklifin qəbul olunması xidməti həyata keçirilir.

Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 10:00 - dan 19:00 - dək, şənbə günü 10:00 - dan 14:00 - dək canlı iş rejimində, bayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir.

A- A A+

Digər press-relizlər