25 yanvar 2020-ci il tarixində Bakı Konqres Mərkəzində “Könüllülər Yurdu –Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. “Könüllülər Yurdu – Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
19 yanvar 2020-ci il tarixində ASAN Könüllüləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
17 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op ilə görüşüb.
16 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.
29 dekabr - “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
24 dekabr 2019-cu il tarixində Bakı şəhərində dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlər görüşü keçirilib.
24 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.