21 sentyabr 2020-ci il tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatı (UNCTAD) tərəfindən istehsal potensialın artırılması və dayanıqlı inkişaf üçün investisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun 8-ci sessiyası keçirilib. Mövcud pandemiya ilə əlaqədar BMT-nin Cenevrə şəhərindəki mənzil qərargahında fiziki məhdudiyyətlərin qüvvədə olması səbəbindən iclas onlayn...
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Goverment Experience” internet portalında “Hökumət təcrübəsi fəaliyyətdə: COVID-19 ilə mübarizədə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş çevik tədbirlər” adlı məqalə dərc olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “CISCO” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov və biznesin inkişafı üzrə meneceri Fərid Zeynalovla görüşüb.
Səyyar ASAN xidmət 21 sentyabr – 1 oktyabr Neftçala və Samuxda, 21 sentyabr – 2 oktyabr Maştağa, Mehdiabad və Şəmkirin Dəllər qəsəbələrində, həmçinin Şabran, Cəlilabad, Yevlax, İsmayıllı, Zaqatala, Füzulidə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10-11 sentyabr 2020-ci il tarixində onlayn formada təşkil edilən ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüşüb.
“ASAN xidmət” və “Azərsun Holdinq”in birgə təşəbbüsü ilə 18 avqust - sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub.
17 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.