11 fevral 2017-ci il tarixində Gürcüstan Respublikasının ədliyyə naziri Tea Tsulukianinin rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
10 fevral 2017-ci il tarixində Türkiyə Respublikasının nazirliklərinin nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və ASAN Radionun fəaliyyəti ilə tanış olub.
9 fevral 2017-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçirilib.
8 fevral 2017-ci il tarixində Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase 3 saylı “ASAN xidmət” mərkəzi və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olub.
8 fevral 2017-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I Ümumrespublika açıq foto sərgisi” açılıb.
3 fevral 2017-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "İclas qurusu" hekayəsi və “Toy kimindir” televiziya tamaşasını səhnələşdiriblər.
2 fevral 2017-ci il tarixində Gənc Tamaşaçılar Teatrında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası dramaturq Əli Əmirlinin “Yeddi məhbusə” pyesi əsasında eyniadlı tamaşanı səhnələşdirib.
2 fevral 2017- ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.
Səyyar ASAN xidmət 1 – 15 fevral Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, 1 – 10 fevral Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, 1 – 20 fevral Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral – 1 mart Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.