Please ensure Javascript is enabled for purposes of website accessibility

Kommunal xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir

5 sentyabr 2017-ci il tarixindən etibarən vətəndaşlar ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək kommunal xidmətlərdən yararlana bilər.

“ASAN Kommunal” mərkəzlərində vətəndaşlara “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin 45 növ xidməti təqdim olunur.

Vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet səhifəsi vasitəsi ilə əldə edə bilərlər.

“ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

A- A A+

Digər press-relizlər