Please ensure Javascript is enabled for purposes of website accessibility

Keniyanın Baş prokuroru "ASAN xidmət"də

Ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Həmçinin “ASAN xidmət” modelinin tətbiqi istiqamətində digər ölkələr ilə yanaşı Afrika qitəsi dövlətləri ilə də əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.

A- A A+

Digər press-relizlər