Please ensure Javascript is enabled for purposes of website accessibility

Gəncədə “Azərbaycan Startup” Festivalı keçirilir

25 noyabr 2016-cı il tarixində “ASAN Könüllüləri” Təşkilatı və Startap Azərbaycanın birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Azərbaycan Startup” Festivalının açılış mərasimi keçirilib.

11 ölkədən olan gənclərin qatıldığı festivalın əsas məqsədi Azərbaycanda startapın inkişafına dəstək vermək, yerli və xarici gənclər arasında fikir mübadiləsini artırmaq, eyni zamanda startapların yaradılmasını stimullaşdırmaq və startap ekosistemini inkişaf etdirməkdir.

Festivalı giriş sözü ilə açan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbir iştirakçıları və qonaqları salamlayaraq, onlara festival haqqında geniş məlumat verib.

Daha sonra İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov, Yüksək Texnologiyalar Parkı –“YT Park” MMC-nin direktoru Seymur Ağayev və digər qonaqlar çıxış edərək iştirakçılara uğular arzulayıblar. Çıxışçılar qeyd ediblər ki, bu cür tədbirin keçirilməsi gənc startapçılar üçün mükəmməl bir platformadır. Gənclər bu cür fürsətdən istifadə edərək öz innovativ ideyalarını inkişaf etdirə, eyni zamanda yerli və xarici donorlarla əlaqə yarada bilərlər.

Tədbir ASAN könüllərinin ifasında bir-birindən maraqlı musiqi ifaları ilə davam etdirilib.

Qeyd edək ki, 6 gün davam edəcək festival çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “I Beynəlxalq Startup Akademiyası - Gəncə 2016” layihəsi keçiriləcək. 

 

A- A A+

Digər press-relizlər