Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin sədr müavini Nepalın nüfuzlu jurnallarına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun Nepalın nüfuzlu “New Business Age” və “Karobar Daily” mətbuat dərgilərində müsahibələri dərc olunub.

Müsahibələrdə  son dövrlər Azərbaycanın qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunmuş nailiyyətlərindən, o cümlədən “ASAN xidmət”in fəaliyyətindən bəhs edilib. 

Diqqətə çatdırılıb ki, Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yüksək səviyyəli vətəndaş məmnunluğunun əldə olunması, sosial və texnoloji innovasiyaların, təşəbbüslərin tətbiqi sahəsində ciddi uğurlara nail olunub.  Vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatı tərəfindən müvafiq fəaliyyətin nəticəsi olaraq  2 dəfə beynəlxalq mükafata layiq görülüb. 

Həmçinin elektron xidmətlərin təşviqi və inkişafı  sahəsində  görülmüş işlərdən, həyata keçirilən müxtəlif tədbirlərdən bəhs olunub.  Ceyhun Salmanov əlverişli startap mühitinin formalaşması və dəstəklənməsi məqsədi ilə Dövlət Agentliyinin tabeliyində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. O cümlədən, ABŞ-ın Silikon Vadisindəki Azərbaycan İnnovasiyalar Evi vasitəsilə startap oyunçularının, tech diasporaların innovativ texnoloji fəaliyyətlərinin stimullaşdırılması istiqamətində görüləcək işlərdən bəhs edib.

Müsahibələrdə əlverişli turizm potensialına malik olan Nepalda dövlət xidmətlərinin inkişaf etdirilməsi sahəsinə verilən diqqətin önəmi vurğulanıb və bu baxımdan “ASAN xidmət”,  o cümlədən “ASAN Viza” təcrübəsinin tətbiqi istiqamətindəki yüksək potensial ifadə olunub. 

Xatırladaq ki, cari ilin 26-28 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepala səfər edib. Səfər dövlət xidmətlərinin göstərilməsi, elektronlaşma, xidmətlərin inteqrasiyası, elektron hökumət və innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və ikitərəfli əməkdaşlığın bu sahə üzrə daha da dərinləşdirilməsi məqsədi ilə reallaşdırılıb.

Müsahibələrə keçid: https://www.english.karobardaily.com/news/interview/1399 

                                  https://newbusinessage.com/MagazineArticles/view/2573  

A- A A+

Digər press-relizlər