Please ensure Javascript is enabled for purposes of website accessibility

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru "ASAN xidmət"də

20 oktyabr 2016-cı il tarixində Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Nariman Mannapbekovun başçılıq etdiyi nümayəndə heyəti 3 saylı“ASAN xidmət” mərkəzi və "ASAN Radio"nun fəaliyyəti ilə tanış olub.

Qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 12 milyon vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının

 (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər