Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

10 may 2024-cü il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin məzarı ziyarət edilib və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

A- A A+

Digər press-relizlər