May ayının 15-dən etibarən Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi öz fəaliyyətinə başlamışdır.
May ayının 15-dən etibarən Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzi öz fəaliyyətinə başlamışdır.
Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır.
İl ərzində Bakı şəhərində daha üç "ASAN xidmət" mərkəzi yaradılacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan "ASAN xidmət" mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Avqustda Gəncədə “ASAN xidmət” mərkəzi açılacaq. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Sumqayıtda yeni açılan “ASAN xidmət” mərkəzində keçirilən mətbuat konfransında deyib.
Prezident İlham Əliyev Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir.
“1 saylı Bakı “Asan xidmət” mərkəzi fəaliyyətə başlayandan bu günə qədər 60 minə yaxın vətəndaşa xidmət göstərib. Ölkə prezidentinin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi “Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcəklər”.
1 saylı Bakı "Asan xidmət" mərkəzi bu il yanvarın 15-də fəaliyyətə başlayıb. İndiyədək 60 minə yaxın vətəndaşa xidmət göstərib. Fəaliyyətə başladığı üç ayda 1 saylı "ASAN xidmət" mərkəzində heç bir neqativ hal aşkar edilməyib.
“56 gün ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 30 mindən çox vətəndaş müraciət edib”. Martın 14-də “Media forum” saytına danışan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Hüseynov belə deyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzinə müraciətlərin sayı günbəgün artır. Agentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov "Strategiya.az"-a bildirib ki, bu günədək quruma 26 mindən artıq müraciət daxil olub. Vətəndaşların üz tutduqları xidmə...