Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək münasibətlərinin monitorinqi mərkəzi tərəfindən tikinti obyektlərində işəgötürənlərlə görüşlər davam etdirilir. Cari il ərzində 45 tikinti obyektində maarifləndirici görüş keçirilmiş, əmək münasibətlərinin tənzimlənməsilə bağlı qanunvericiliyin tələbləri nəzərə çatdırılmışdır. Hə...
11 fevral 2022-ci il tarixində “Texnologiya və innovasiyalar” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutub.
Səyyar ASAN qatar ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, ASAN qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar ASAN qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kup...
10 fevral 2022-ci il tarixində yeni fəaliyyətə başlayan 2 saylı Gəncə regional "ASAN xidmət'' mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “ASAN xidmət”in 2021-ci ildəki fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı keçirilib.
10 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq vətəndaşların növbəti videoqəbulu həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin məzun rezidenti olan “Nextsale” startapının ABŞ-ın tanınmış vençur şirkəti tərəfindən satın alınması ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
8 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.
Səyyar ASAN xidmət 1 - 25 fevral Şirvanda, Şəmkirdə, Xırdalanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Göyçayda, Ağstafada, Qaxda, Zaqatalada, Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.