BMT-nin Cenevrədə yerləşən bölməsində “ASAN xidmət”in və Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, eləcə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və BMT-nin Qadınlar bölməsinin dəstəyi ilə “Tərəqqiyə aparan yol: Effektiv dövlət xidməti və qadınların cəlb olunmasının dayanıqlı inkişaf məqsədlərinə nai...
22 iyun 2023-cü il tarixində “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı, “Azərikard” MMC-nin dəstəyi ilə ASAN könüllülərinin 3-cü Karyera Sərgisi rellaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupun “Dövlət Xidmətlərinin çatdırılmasında İnnovasiyaların Rolu” mövzusunda vebinar keçirilib.
16 iyun 2023-cü il tarixində “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərim” sərgisi baş tutub.
13 iyun 2023-cü il tarixində Xətai rayonundakı Heydər Parkında konsert proqramı təşkil olunub. “ASAN xidmət”in və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN radionun dəstəyi ilə reallaşdırılan tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə, o cümlədən Milli Qurtuluş Gününə həsr olunub.