Please ensure Javascript is enabled for purposes of website accessibility
Gəncədə “ASAN xidmət” mərkəzində silsilə təlimlər keçirilmişdir Ətraflı

9-17 mart 2014-cü il tarixində  Gəncə “Asan xidmət” mərkəzində  100-ə yaxın əməkdaşın iştirakı ilə silsilə təlimlər keçirilmişdir. Təlimlərdə “ASAN xidmət” mərkəzinin və müvafiq dövlət orqanlarının əməkdaşlarına idarəetmə qabiliyyətlərinin və fərdi keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsinə yönələn məlumatlar tədris edilmişdir.

İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur Ətraflı

13 mart 2014-cü il tarixində İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri  Rafael Harpaz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.