Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 6-7 oktyabr tarixlərində Koreya Respublikasında rəsmi səfərdə olub.
Səyyar ASAN xidmət 4 – 18 oktyabr Ucar, Şabran və Lerikdə, 4 oktyabr – 2 noyabr tarixlərində isə Goranboy, Ağdaş və İsmayıllıda vətəndaşlara səyyar
formada xidmət göstərəcək.
3 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ADA” Universiteti tərəfindən hazırlanan “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin qiymətləndirilmə mexanizmi təqdim olunub.
30 sentyabr 2016-cı il tarixində Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahininbaşçılıq etdiyi nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
30 sentyabr 2016-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB ölkələri üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olub.