Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir.
Səyyar ASAN xidmət 10 – 24 noyabr tarixində Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr – 9 dekabr tarixində Şəmkir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdədir.
8 noyabr 2017-ci il tarixində Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Qul Aryobi 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
7 noyabr tarixində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
Dövlət Bayrağı günü ilə əlaqədar 9 noyabr tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
5 noyabr 2017-ci il tarixində Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Gilan Holdinq”in dəstəyi və “Azərbaycan Qadını İKT-də Femmes Digitales (AWIC)” klubunun təşkilatçılığı ilə Qəbələ “ASAN xidmət” mərkəzində məktəbli qızlar üçün İKT sahəsində II Regional Konfrans keçirilib.
4 noyabr 2017-ci il tarixində 2 saylı “ASAN Kommunal” mərkəzində ASAN Könüllüləri Təşkilatı, Azərbaycan Universiteti, YARAT Friends və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin təşkilati dəstəyi ilə “Gəncsən? Başla!” kitabının imza günü keçirilib.
ATƏT-in İnsan Ölçüsü Komitəsində Azərbaycanda dövlət xidmətlərinin müasirləşdirilməsi sahəsində hesabat təqdim olunub.
2 noyabr 2017-ci il tarixində Türkiyə Respublikasının Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunun Dövlət Siyasəti Tədris Proqramının nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.