"Hərbiyyə -101" düşərgəsinin 3-cü günündə fiziki hazırlıqlar üzrə məqbulların qəbulundan sonra Təlim Mərkəzində zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələrin dəfetmə qaydaları izah edilib.
"Hərbiyyə - 101" düşərgəsinin ikinci günündə iştirakçılar ilk olaraq Füzuli rayonunun Horadiz şəhərində ulu öndərin abidəsi önünə çələng qoyublar. Həmçinin Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.
Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir.
Səyyar ASAN xidmət 2 sentyabr – 1 oktyabr Binəqədi, Maştağa və Binə qəsəbələri, Şəmkir, Cəlilabad, Ağcabədi, İsmayıllı, Qazax, Balakən və Beyləqanda, 5 – 16 sentyabr Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
26-27 avqust 2019-cu il tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində “Qarşılıqlı təcrübə mübadiləsi Alyansının”nın iştirakçı ölkələrinin nümayəndələri arasında görüş təşkil edilib. BMT-nin İnkişaf Proqramının Astana Dövlət Xidməti Mərkəzi tərəfindən təşkil olunan tədbirdə elektron hökümətin inkişafı və rəqəmsallaşdırma sahəsindəki mövcud tendensiyaların müzakirəsi, dövlət sektorunda inn...