“My çatdırılma” xidməti şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ekologiya və Təbii sərvətlər Nazirliyinin göstərdiyi xidmətlər, tərcümə xidmətləri və “My viza” xidməti ilə bağlı hazır sənədlərin çatdırılması xidmətini həyata keçirir.
xidmətləri üzrə hazır sənədlərin ərizəçinin sifarişi əsasında təqdim etdiyi ünvana çatdırılması xidmətidir.
Vətəndaş xidmət aldığı “ASAN xidmət” mərkəzinin “Məlumat köşkü” nə müraciət edərək çatdırıma xidmətini sifariş verir, xidmətin göstərilməsi üçün razılıq ərizəsini oxuyub imzalayır, xidmət üçün üçün müəyyən olunmuş ödənişi ödəyir, sifariş verdiyi çatdırılma növünə uyğun olaraq sənəd təqdim etdiyi ünvana çatdırılır.
Çatdırılmaya görə standart ödəniş 3 manatdır. Rayon, küçə və çatdırılma növündən asılı olaraq əlavə ödəniş tələb oluna bilər.
Təcili çatdırılma (sənədin hazır olduğu gün) zamanı ödənişə 2 AZN əlavə olunur.
Çatdırılma zamanı eyni şəxsə və ya eyni ünvana aid ikinci sənəd olduğu halda ödənişə 1 AZN əlavə olunur.
Bakı şəhəri üzrə rayonlar |
Çatdırılmanın standart ödənişi (AZN) |
Rayonlar üzrə əlavə ödəniş AZN |
Səbail rayonu |
3 |
1 |
Pirallahı rayonu |
3 |
12 |
Xəzər rayonu |
3 |
4 |
Nəsimi rayonu |
3 |
1 |
Suraxanı rayonu |
3 |
3 |
Nizami rayonu |
3 |
1 |
Xətai rayonu |
3 |
1 |
Qaradağ rayonu |
3 |
7 |
Binəqədi rayonu |
3 |
3 |
Yasamal rayonu |
3 |
1 |
Sabunçu rayonu |
3 |
3 |
Nərimanov rayonu |
3 |
1 |
Ərizəçinin sifarişindən asılı olaraq, təcili çatdırılma - sənədin hazır olduğu gün, adi qaydada çatdırılma – sənədin hazır olduğu gündən etibarən 3 gün müddətində həyata keçirilir.
Bu xidmət 5 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Sifarişlərin qəbulu müvafiq mərkəzin iş rejiminə uyğun olaraq həyata keçirilir.