Yeni istehlakçının qeydiyyata alınması
Zəruri olan sənədlərin siyahısı
Əhali abonentləri üçün:
- Şəxsiyyət vəsiqəsi;
- Texniki şərt(zəruri olduqda);
- Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.);
Qeyri-əhali abonentləri üçün:
- VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün);
- Texniki şərt (zəruri olduqda);
- Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
- Mülkiyyəti və ya əşya hüququnu təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.).
Xidmət haqqı
Ödənişsiz
Müddət
Dərhal
Qeyd
Qeyd 1: Əhali qrupuna aid olan istehlakçı yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barəsində sənəd təqdim etmədikdə, sudan istifadə edən şəxslərin sayı orta statistik əhali sayına uyğun olaraq qəbul edilir.
Qeyd 2: Ünvan məlumatları baza məlumatları ilə uyğunsuzluq təşkil etdikdə istehlakçının müvafiq sənədləri və ərizəsi qəbul edilir, 3 iş günü müddətində müvafiq dəqiqləşmələr aparılaraq istehlakçının qeydiyyata alınması təmin edilir.