Ünvan
- 1. Ünvan Azərbaycan Respublikası, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 784 asan.ganja2@asan.gov.az 108 Çağrı Mərkəzi
- 2. Avtobus marşrutları 9, 11, 23, 29
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi və arxiv arayışlarının verilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Qeyd: Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Gəncə, Daşkəsən, Samux, Naftalan, Goranboy və Göygöl rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti üzrə Gəncə, Daşkəsən, Samux və Göygöl rayonlarına, əmək pensiyalarının təyin edilməsi xidməti üzrə Gəncə, Gədəbəy, Şəmkir, Kəlbəcər, Xocalı, Daşkəsən, Samux, Naftalan, Goranboy və Göygöl rayonlarına və arxiv arayışlarının verilməsi xidməti üzrə isə Gəncə, Gədəbəy, Şəmkir, Kəlbəcər, Xocalı, Daşkəsən, Samux, Naftalan, Goranboy, Göygöl, Ağstafa, Qazax və Tovuz rayonlarına xidmət göstərilir.
Xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.