Sifarişçinin şəxsiyyət vəsiqəsi;
VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);
Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi
Mövcud və ya inşa ediləcək tikinti obyekti, torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd:
çıxarış (texniki pasportla birlikdə),
qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə);
çıxarış (torpaq sahəsinə aid plan və ölçü ilə birlikdə);
notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı, bağışlama (mülkiyyət sənədinin surəti və texpasportu ilə birlikdə), daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayış;
AR sonuncu Mənzil Məcəlləsi qanuni qüvvəyə minənədək verilmiş order,
hüquqi şəxslər arasında bağlanılmış icarə müqaviləsi (mülkiyyət sənədinin surəti və texpasportu ilə birlikdə) (11 aydan az olduğu müddətdə),
İcra hakimiyyəti orqanının sərəncamı, Bələdiyyə qərarı (ayrıc aktı ilə birlikdə);
torpaqların icarə və ya istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və müqavilə
əşya hüququnu təsdiq edən digər sənəd.
Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı)
Tikinti ərazisinin vəziyyət planı;
Obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənəd;
İxtisaslaşdırılmış müəssisələr tərəfindən tərtib edilən ərazinin geoloji mühəndis hesabatı (MTK olduğu halda);
Obyektin tikintisinə dair layihənin surəti.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli Qərarı ilə müəyyən olunur
150 kvt-a qədər
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanına əsasən:
Ödəniş məbləğindən asılı olaraq: 10 gün və ya 20 gün
150 kvt-dan çox olduqda
Texniki şərtin verilməsi 10 iş günü;
Layihə sənədinin hazırlanması 5 iş günü.
Layihə sənədi əsasında müəyyən olunur.
Qeyd 1: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintiyə icazənin verilməsi üzrə icraat haqqında məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirildikdə müraciət qəbul olunur
Qeyd 2: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qeyd 3: Sifarişçi tərəfindən obyekt üçün tələb olunan enerji gücü yük hesabatına uyğun olaraq müəyyən olunur.
Qeyd 4: Yuxarıda qeyd olunmuş bütün sənədlər iri enerji istehlakçıları (MTK-lar, iri müəssisələr və s.) olduğu halda tələb olunur, digər hallarda isə ilk 5 sənəd tələb olunur.
Qeyd 5: Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Əlavə gücün alınması ilə bağlı müraciət olunduqda ərizə və mövcud texniki şərt tələb olunur.
Qeyd 6: Sifarişçi “ASAN xidmət” mərkəzləri tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün abonent kodunu və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə Mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir. Digər müəssisələr tərəfindən verilən Texniki şərt itirildikdə aidiyyəti üzrə ETŞ-ə müraciət etməsi tələb edilir.
Qeyd 7: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən qeydiyyatdan keçmiş icarə müqaviləsi təqdim edildiyi halda notarial təsdiq tələb olunmur.
Qeyd 8: Mövcud uçot nöqtələrində güc artımı ilə əlaqədar müraciətlərdə mülkiyyət sənədi tələb edilmir.
Qeyd 9: Tikinitisinə icazə tələb olunmayan kənd təsərrüfatlı boş torpaq sahələrində 1 faz 5 kvt gücünə uyğun olaraq müraciətlər qəbul olunur.