Sifarişçinin şəxsiyyət vəsiqəsi;
Mövcud və ya inşa ediləcək tikinti obyekti, torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd:
çıxarış (texniki pasportla birlikdə);
qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə);
çıxarış (torpaq sahəsinə aid plan və ölçü ilə birlikdə);
notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı, bağışlama (mülkiyyət sənədinin surəti və texpasportu ilə birlikdə);
daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayış;
AR sonuncu Mənzil Məcəlləsi qanuni qüvvəyə minənədək verilmiş order;
İcra hakimiyyəti orqanının sərəncamı, Bələdiyyə qərarı (ayrıc aktı ilə birlikdə);
torpaqların icarə və ya istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və müqavilə.
Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə müəyyən olunur.
Ödəniş məbləğindən asılı olaraq:
12 gün və ya 24 gün
Qeyd 1: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatı haqqında məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirildikdə müraciət qəbul olunur
Qeyd 2: Digər şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qeyd 3: Sifarişçinin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Qeyd 4: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş,) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Qeyd 5: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.
Qeyd 6: Sifarişçi “ASAN xidmət” mərkəzləri tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün abonent kodunu və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə Mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir. Digər müəssisələr tərəfindən verilən Texniki şərt itirildikdə aidiyyəti üzrə ETŞ-ə müraciət etməsi tələb edilir.
Qeyd 7: Sifarişçinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, təqdim edilən mövcud texniki şərtlərin qüvvədə olduğu yoxlanılmaqla və nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.
Qeyd 8: Uçot nöqtəsi olan ünvanlara yeni uçot nöqtəsinin açılması ilə əlaqədar müraciətlər qəbul edilmir.
Qeyd 9: Boş torpaq sahələrində tikinti aparılmadığı təqdirdə 1 faz 5 kvt üçün müraciət edilə bilər.