Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri ilə görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi arasında görüş keçirilib. Onlayn formada təşkil olunan görüş zamanı  Ülvi Mehdiyev cari ilin 13-15 fevral  tarixində Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitinin uğurla təşkili və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqaviyə  təşəkkürünü bildirib.

BƏƏ-nin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi öz növbəsində Azərbaycan tərəfinə builki tədbirə verdiyi töhfəyə görə təşəkkür edib və “ASAN xidməti” “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq görülməsi münasibətilə təbrik edib.

Görüş zamanı, həmçinin 22 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun implementasiyası istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər ilə bağlı fikir mübadiləsi aparılıb.

A- A A+

Digər press-relizlər