Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Anım Günüdür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.


Dövlət Agentliyinin əməkdaşları Ümummilli Liderin məzarını ziyarət edib, gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

A- A A+

Digər press-relizlər