Please ensure Javascript is enabled for purposes of website accessibility

Balakəndə 5 ildə ASANlaşan 700 mindən çox müraciət!

Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 29 iyul 2020-ci il tarixində açılıb. 17 avqust 2020-ci il tarixindən fəaliyyətə başlayan mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

​Mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

​Fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzinə 712 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

​Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”, uşaqlar üçün əyləncə guşəsi də mövcuddur.

​Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 400-ə yaxın könüllü məzun olub.

​Hazırda 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 79 mindən çox vətəndaşın 88 milyondan çox müraciəti daxil olub.

​Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 % təşkil edir.

A- A A+

Digər press-relizlər