Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in nümayəndə heyətinin Uqandaya səfəri davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Uqanda Respublikasına səfəri davam edir.

​Səfər çərçivəsində Uqandanın Xarici İşlər Nazirliyinin, Dövlət Xidmətləri Nazirliyinin, İnformasiya Kommunikasiya Texnogiyaları Nazirliyinin rəhbərləri ilə görüşlər keçirilib. Müzakirələr zamanı ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Uqanda tərəfi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrikini çatdırıb. Həmçinin 2018-ci ildə Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub.
 
​Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev öz növbəsində ölkəmizdən sonra Qoşulmama Hərəkatına sədrliyi təhvil alacaq Uqanda Respublikasına uğurlar arzulayıb. Dövlət Agentliyinin sədri iki ölkə arasında dövlət xidmətləri sahəsində münasibətlərin bundan sonra daha da inkişaf edəcəyini qeyd edib.
 
​Görüşlərdə ölkəmizdə dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tətbiq olunan innovasiyalar, startap ekosisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib. Ölkəmizdə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində tətbiq edilən proqramların, informasiya texnologiyaları məhsullarının Uqandada da tətbiqi ilə bağlı razılıq əldə olunub.  
 
​Nümayəndə heyəti Uqandanın İnvestisiya Qurumunda və Qeydiyyat Xidməti Mərkəzində həyata keçirilən xidmətlərlə də tanış olub.

A- A A+

Digər press-relizlər