Please ensure Javascript is enabled for purposes of website accessibility

Yaponiyanın Azərbaycandakı səfiri “ASAN xidmət”dən yazdı

“Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.

Səfir bildirib ki, bir  çox inkişaf etmiş ölkələrdə belə sistemlərə rast gəlinir amma Azərbaycanda “ASAN xidmət” vasitəsi ilə insanlar yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə 240-dan çox  xidmətdən yararlanırlar.   

“ASAN xidmət” mərkəzini ziyarət edən səfir gördüklərindən təəcübləndiyini gizlətməyib və diqqətini  cəlb edən bəzi məqamları izləyiciləri ilə paylaşıb. O, qeyd edib ki, mərkəzdə gördüyü əhali sayı həqiqətən də bu xidmətin məmnunluğundan xəbər verir: “Mərkəzdə yaradılan pəncərə sistemi, şəffaflığın qorunması, ünsiyyət zamanı yüksək mədəniyyətin nümayişi, keyfiyyətli  xidmət  əhali  çoxluğunun səbəbini izah edir. Bu onu göstərir ki, insanlar bu xidməti dəstəkləyir və ondan razıdır”. 

Səfir qeyd edir ki, inkişaf etmiş qabaqcıl ölkələrdən biri olan Yaponiyada müqayisə üçün nümunə axtardım, lakin öz ölkəmdə bu səylər yenicə başlayıb və tam gücü ilə işə düşməyib. Həmçinin, yazıda “ASAN xidmət” dünyada mövcud olan bir çox nəhəng sistemlərlə müqayisə edilir. 

Son olaraq, ölkə prezidenti İlham Əliyevin yüksək etimadı ilə  yaradılan, BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”lə Azərbaycanın fəxr etdiyini qeyd edir. O, gələcək paylaşımlarında mövzunu davam etdirəcəyini də bildirir. 

Daha ətraflı: 

1.    https://info.shaho.co.jp/nenkin/column/201710/2629/ 
2.    https://info.shaho.co.jp/nenkin/column/201710/2732/2/

A- A A+

Digər press-relizlər