Please ensure Javascript is enabled for purposes of website accessibility

Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək

29 dekabr 2017-ci il tarixində Mədəniyyət və truizm nazirliyi, Quba rayon İcra hakimiyyəti, “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti baş tutacaqdır.

“ASANla röyalarınız gerçəkləşir” şüarı ilə baş tutan konsert proqramında əməkdar artist Röya səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcəkdir.

Qeyd edək ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur.

İnformasiya dəstəyi: ASAN Radio, Trend, Day.az, Milli.az, Azernews, 1news.az, Azvision.az 

Giriş sərbəstdir.

A- A A+

Digər press-relizlər