Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN könüllüləri "Dəlilər və Ağıllılar" əsərini səhnələşdiriblər

20 may 2018-ci il tarixində “Səda” tədris teatrında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası İlyas Əfəndiyevin "Dəlilər və Ağıllılar" əsərini səhnələşdirib.

Tamaşada SSRİ-nin, sosializmin dəyərlərimizə təsirindən söz açılıb. Həmçinin universitet məzunu, savadlı və potensiallı gənclərin öz ixtisasları üzrə iş tapa bilməməsindən bəhs olunan pyesdə fəhlə işləyən gəncin nazir müavini vəzifəsinə çatması üçün keçdiyi yollar nümayiş olunub.

Qeyd edək ki, ASAN könüllüləri tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar səhnələşdirilir.

A- A A+

Digər press-relizlər